Menyu

Azərbaycan cüdoçuları Rusiyadakı turnirdə 2 medal qazanıblar

Operativ Media
Azərbaycan cüdoçuları Rusiyadakı turnirdə 2 medal qazanıblar

Rusiyanın Xabarovsk şəhərində cüdo üzrə yeniyetmələr arasında Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.

Operativ Media xəbər verir ki, Azərbaycanı yarışda 5 idmançı təmsil edib. Komanda turniri 1 qızıl və 1 bürünc medalla başa vurub.

Polad Həsənli (81 kiloqram) bütün görüşlərdən qalib ayrılaraq qızıl medalın sahibi olub. Zaməddin Bağırov (66 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.

Əlaqəli Xəbərlər