Menyu

"Neftçi"nin kamerunlu hücumçusu Türkiyəyə qayıda bilər

Operativ Media
"Neftçi"nin kamerunlu hücumçusu Türkiyəyə qayıda bilər

"Neftçi"nin hücumçusu Vinsent Abubakarın yolu yenidən Türkiyəyə düşə bilər.

Operativ Media "Africa Foot" nəşrinə istinadən xəbər verir ki, iddialı heyət qurmaq istəyən Türkiyə 1-ci Liqasının yeni təmsilçisi "Bursaspor" Abubakarı yaxından izləyir.

"Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 34 yaşlı futbolçunun sözləşməsində yer alan uzadılma bəndindən istifadə olunmayacağı bildirilir. "Bursaspor"un Abubakar ilə ciddi şəkildə maraqlandığı, Avropada qalmaq istəyən təcrübəli hücumçunun da Türkiyəyə qayıtmağa müsbət yanaşdığı qeyd olunur.

O, Bakı klubunda meydana çıxdığı 18 matçda 9 qol və 1 məhsuldar ötürmə ilə yaddaqalan performans nümayiş etdirib.

Əlaqəli Xəbərlər