"Sumqayıt"ın hücumçusu 25-ci qola çatdı
Operativ Media
Azərbaycan Premyer Liqasının XXXII turunda vurduğu qol Aleksandr Ramalinqom üçün əlamətdar olub.
Operativ Media xəbər verir ki, “Sumqayıt”ın futbolçusu turnirdə 25-ci dəfə fərqlənib. O, “Zirə” ilə səfər qarşılaşmasında (1:2) qol sevinci yaşayıb.
Ramalinqom Premyer Liqada 25-ci qolunu 63-cü matçında vurub. O, iki komanda ilə buna nail olub. “Səbail”də 15 (35 oyun) dəfə fərqlənən fransalı “Sumqayıt”da 10 (28 oyun) qola sevinib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net