Menyu

"Barselona" "Real Madrid"in rekordunu təzələdi

Operativ Media
"Barselona" "Real Madrid"in rekordunu təzələdi

"Barselona" İspaniya çempionatının 37-ci turunun ev oyununda "Betis"ə qalib gəlib (3:1).

Operativ Media "Opta"ya istinadən xəbər verir ki, "Barselona" 38 turdan və 19 ev oyunundan ibarət olan La Liqa mövsümündə öz meydanındakı bütün matçları qələbə ilə başa vuran ilk komanda olub. Bu, turnir tarixində "Real Madrid"in 1985/86 mövsümündə öz evindəki bütün 17 qarşılaşmada qalib gəlməsindən sonra qeydə alınan ilk belə hadisədir.

"Barselona" 2025/26 mövsümündə İspaniya çempionluğunu vaxtından əvvəl təmin edib. Komandanın 37 oyundan sonra 94 xalı var. "Kataloniyalılar" doğma meydanda keçirdikləri 19 matçda 57 qol vurub, 10 qol buraxıblar.

"Atletiko" 2025/26 mövsümündə öz meydanındakı 19 qarşılaşmada 15 qələbə qazanıb, 1 heç-heçə edib və 3 məğlubiyyətlə üzləşib. "Real Madrid" isə evdə keçirdiyi 18 oyunda 15 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət qeydə alıb.

Əlaqəli Xəbərlər