Menyu

Mourinyo "Real Madrid"lə razılığa gəldi

Operativ Media
Mourinyo "Real Madrid"lə razılığa gəldi

Joze Mourinyo "Real Madrid"in yeni baş məşqçisi təyin olunub.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbə bildirir ki, tərəflər müqavilənin şərtləri barədə razılığa gəliblər. Razılaşmanın 2 illik müddəti əhatə edəcəyi gözlənilir. Qeyd olunur ki, 63 yaşlı mütəxəssis Madridə La Liqanın sonuncu – 38-ci turunda baş tutacaq "Real" – "Atletik Bilbao" oyunundan sonra gələcək. Sözügedən qarşılaşma mayın 23-də keçiriləcək.

Mourinyo daha əvvəl – 2010–2013-cü illərdə də "Real"a rəhbərlik edib. Portuqaliyalı mütəxəssisin dövründə "madridlilər" hərəyə bir dəfə İspaniya çempionu, ölkə kuboku və superkubokunun qalibi olublar, həmçinin 2004-cü ildən bəri ilk dəfə Çempionlar Liqasının 1/8 final mərhələsini adlamağı bacarıblar.

"Real"dan ayrıldıqdan sonra Mourinyo "Çelsi", "Mançester Yunayted", "Tottenhem", "Roma", "Fənərbaxça" və "Benfika" klublarında çalışıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər