Ukrayna millisi italiyalı mütəxəssisə tapşırıldı
Operativ Media
Ukrayna millisinin yeni baş məşqçisinin adı açıqlanıb.
Operativ Media xəbər verir ki, Ukrayna Futbol Federasiyası Andrea Maldero ilə müqavilə bağladığını açıqlayıb. 55 yaşlı italiyalı mütəxəssis ölkə utbolu tarixində milliyə rəhbərlik edəcək ilk əcnəbi mütəxəssis olacaq.
Maldera ilə müqavilənin müddəti 2 ildir.
Qeyd edək ki, Maldera ilk dəfə müstəqil şəkildə baş məşqçi kimi fəaliyyət göstərəcək. O, son dəfə “Marsel”də Roberto De Dzerbinin korpusunda çalışıb. Maldera onunla birgə “Brayton”da da işləmişdi.
İtaliyalı məşqçi Massimiliano Alleqri, Filippo İnzaqi, Klarens Zeedorfla “Milan”da, Andrey Şevçenkoyla isə 2016-2021-ci illərdə Ukrayna millisində fəaliyyət göstərib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net