Menyu

WUF13-dən sonra Azərbaycanda ağıllı və yaşıl şəhər konsepsiyaları daha da sürətlənəcək - Ekspert

Operativ Media
WUF13-dən sonra Azərbaycanda ağıllı və yaşıl şəhər konsepsiyaları daha da sürətlənəcək - Ekspert

WUF13 Azərbaycanın şəhər inkişafı təcrübəsini dünyaya təqdim etmək baxımından mühüm bir fürsətdir. Forumdan sonra şəhər nəqliyyatında rəqəmsal idarəetmə sistemlərinin, ağıllı nəqliyyat həllərinin və ekoloji yönümlü layihələrin daha da sürətlənəcəyi gözlənilir.

Bu sözləri Operativ Media-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Orucov deyib. 

O bildirib ki, artıq bu sahədə Azərbaycanda müəyyən nailiyyətlər əldə olunub, xüsusilə nəqliyyatın rəqəmsal idarə olunması istiqamətində. Lakin forumdan sonra bu proseslərin daha sistemli və geniş miqyasda inkişaf edəcəyi proqnozlaşdırılır:

“Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yeni şəhərsalma layihələri müasir urban inkişaf modelinin formalaşmasına xidmət edir. Ağıllı şəhər texnologiyaları, yaşıl enerji tətbiqləri, rəqəmsal xidmətlər və ekoloji yanaşmalar bu bölgənin gələcəkdə müasir şəhər idarəetmə mərkəzlərindən birinə çevrilməsi üçün ciddi potensial yaradır.

Bu gün Bakıda keçirilən World Urban Forum 13 region üçün də strateji əhəmiyyət daşıyır. Forum təkcə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirmir, həm də şəhərsalma sahəsində yeni investisiyalar, texnologiyalar və urban əməkdaşlıqlar üçün geniş imkanlar açır.

Ümumilikdə forumdan sonra Azərbaycanda yeni urban layihələrin, xüsusilə “smart city”, ağıllı şəhər və yaşıl şəhər konsepsiyalarının daha da sürətlənməsi gözlənilir. Bu isə ölkənin müasir, innovativ və davamlı inkişaf modelinə olan beynəlxalq marağı daha da artıracaq”.

Əlaqəli Xəbərlər