Menyu

AFFA Region Liqasında üçüncü yer tutan komanda bilindi

Operativ Media
AFFA Region Liqasında üçüncü yer tutan komanda bilindi
1 dəq oxu

AFFA Region Liqasında üçüncü yerin sahibi müəyyənləşib.

Operativ Media xəbər verir ki, "Biləsuvar" komandası turnirin bürünc mükafatçısı olub.

Bölgə təmsilçisi Şamaxı şəhər stadionunda gerçəkləşən qarşılaşmada "Şəfəq"i 4:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu gün finalda "Zəngəzur" və "Marafon" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Eyni arenada baş tutacaq görüş saat 16:00-da başlayacaq.

Əlaqəli Xəbərlər