Menyu

"Real Madrid" Dani Karvahalla vidalaşdı

Operativ Media
"Real Madrid" Dani Karvahalla vidalaşdı

"Real" 2025/26 mövsümünün sonunda 34 yaşlı müdafiəçi və komanda kapitanı Dani Karvahalın klubdan ayrılacağını elan edib.

Operativ Media xəbər verir ki, bu haqda Madrid klubunun rəsmi saytında bəyanat dərc olunub.

"Real" klubumuzun və dünya futbolunun ən böyük əfsanələrindən birinə öz minnətdarlığını və sevgisini bildirir", - deyə bəyanatda qeyd edilib.

Karvahal 2002-ci ildə, on yaşında ikən "Real"ın akademiyasına gəlib, əsas komandada isə 2013-cü ildən çıxış etməyə başlayıb.

İspaniyalı müdafiəçi "Real" ilə birlikdə, altı Çempionlar Liqası və dörd La Liqa çempionluğu da daxil olmaqla, ümumilikdə 27 titul qazanıb. Karvahal Madrid klubunun heyətində bütün turnirlərdə 450 oyun keçirib, 14 qol vurub və 65 məhsuldar ötürmə edib.

Müdafiəçinin "Real" ilə müqaviləsi 2025/26 mövsümünün sonuna qədərdir.

Əlaqəli Xəbərlər