Menyu

"Qarabağ" yeni transferini açıqladı - RƏSMİ

Operativ Media
"Qarabağ" yeni transferini açıqladı - RƏSMİ

"Qarabağ" fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.

Ağdam təmsilçisindən Operativ Media-ya verilən məlumata görə, "köhlən atlar" 25 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Bu gün tibbi müayinədən keçən oyunçu "Qarabağ"da 7 nömrəli formanı geyinəcək.

Jalinin son klubu Kipr təmsilçisi "Omoniya" (Aradippou) olub. O, karyerası ərzində Fransada "Lill" və "Anje"nin B komandalarında, həmçinin "Avranş"da, Rumıniyada "Botoşani"də çıxış edib.

Qeyd edək ki, Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər