Menyu

Türkiyə millisinin DÇ-2026 üçün geniş həyəti açıqlandı

Operativ Media
Türkiyə millisinin DÇ-2026 üçün geniş həyəti açıqlandı

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə 11 iyun – 19 iyul tarixlərində keçiriləcək 2026-cı il FİFA Dünya Çempionatında mübarizə aparacaq Türkiyə millisinin geniş heyəti açıqlanıb.

Operativ Media xəbər verir ki, baş məşqçi Vinçenzo Montellanın müəyyənləşdirdiyi "Ay-ulduzlular"ın 35 nəfərlik geniş namizəd heyəti aşağıdakı kimidir:

Qapıçılar: Altay Bayındır, Ersin Destanoğlu, Mert Günok, Muhammed Şengezer, Uğurcan Çakır

Müdafiəçilər: Abdülkerim Bardakcı, Ahmetcan Kaplan, Çağlar Söyüncü, Eren Elmalı, Ferdi Kadıoğlu, Merih Demiral, Mert Müldür, Mustafa Eskihellaç, Ozan Kabak, Samet Akaydın, Yusuf Akçiçek, Zeki Çelik

Yarımmüdafiəçilər: Atakan Karazor, Demir Ege Tıknaz, Hakan Çalhanoğlu, İsmail Yüksek, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan, Aral Şimşir, Arda Güler

Hücumçular: Barış Alper Yılmaz, Can Uzun, Deniz Gül, İrfan Can Kahveci, Kenan Yıldız, Kerem Aktürkoğlu, Oğuz Aydın, Yunus Akgün, Yusuf Sarı

Qeyd: 48 ölkənin iştirak edəcəyi turnirdə komandaların yekun heyətində ən çox 26 futbolçu yer ala biləcək.

Əlaqəli Xəbərlər