Menyu

"Arsenal" müdafiə göstəricisində Avropada hamını geridə qoydu

Operativ Media
"Arsenal" müdafiə göstəricisində Avropada hamını geridə qoydu

"Arsenal" İngiltərə çempionatının 37-ci turunun ev oyununda "Börnli"yə qalib gəlib (1:0).

"Arsenal" 2025/26 mövsümündə keçirdiyi 32 oyunda qapısını toxunulmaz saxlayıb.

Operativ Media "Opta"ya istinadən xəbər verir ki, bu göstərici Avropanın top-5 liqalarında çıxış edən digər komandaların bütün turnirlərdəki göstəricilərindən ən azı altı oyun çoxdur.

Bundan əlavə, London klubu cari mövsümdə səkkizinci dəfə 1:0 hesabı ilə qələbə qazanıb ki, bu da komanda üçün 1998/99 mövsümündən (doqquz oyun) bəri qeydə alınan ən yaxşı nəticədir.

"Arsenal" 2025/26 mövsümündə Premyer Liqanın son turundan əvvəl turnir cədvəlinə başçılıq edir (37 oyundan sonra 82 xal). İkinci pillədə isə "Mançester Siti" qərarlaşıb (36 oyundan sonra 77 xal).

Əlaqəli Xəbərlər