Braziliya millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026 üçün komandanın heyətinə daxil edilən 26 futbolçunun adını açıqlayıb.
Operativ Media xəbər verir ki, hazırda Braziliyanın "Santos" klubunda çıxış edən "Barselona" və PSJ-nin keçmiş forvardı Neymar da sifariş vərəqəsinə daxil edilib.
Dünya çempionatının final mərhələsi 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Braziliya millisi püşkatmanın nəticələrinə əsasən Mərakeş, Haiti və Şotlandiya ilə birlikdə C qrupunda yer alıb.
Braziliya millisinin DÇ-2026-nın final mərhələsində iştirak edəcək heyəti:
Qapıçılar: Alisson ("Liverpul", İngiltərə), Ederson ("Fənərbaxça", Türkiyə), Veverton ("Palmeyras").
Müdafiəçilər: Aleks Sandro ("Flamenqo"), Bremer ("Yuventus", İtaliya), Danilo ("Flamenqo"), Duqlas Santos ("Zenit", Rusiya), Qabriel Maqalyans ("Arsenal", İngiltərə), İbanes ("Əl-Əhli", Səudiyyə Ərəbistanı), Leo Pereyra ("Flamenqo"), Markinyos (PSJ, Fransa), Uesli ("Roma", İtaliya).
Yarımmüdafiəçilər: Bruno Qimaraes ("Nyukasl", İngiltərə), Kazemiro ("Mançester Yunayted", İngiltərə), Danilo ("Botufoqo"), Fabinyo ("Əl-İttihad", Səudiyyə Ərəbistanı), Lukas Paketa ("Flamenqo").
Hücumçular: Endrik ("Lion", Fransa), Qabriel Martinelli ("Arsenal", İngiltərə), İqor Tiaqo ("Brentford", İngiltərə), Luis Enrike ("Zenit", Rusiya), Mateus Kunya ("Mançester Yunayted", İngiltərə), Neymar ("Santos"), Rafinya ("Barselona", İspaniya), Rayan ("Bornmut", İngiltərə), Vinisius Junior ("Real Madrid", İspaniya).
Braziliya millisi DÇ-2026-da ilk oyununu iyunun 13-də Mərakeşə qarşı keçirəcək. Komanda iyunun 19-da Haiti, iyunun 24-də isə Şotlandiya ilə qarşılaşacaq.