Menyu

Benjamin Pavar "Marsel"lə vidalaşdı

Operativ Media
Benjamin Pavar "Marsel"lə vidalaşdı

Müdafiəçi Benjamin Pavar icarə müddəti başa çatdıqdan sonra "Marsel" azarkeşləri ilə vidalaşıb.

Operativ Media xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.

"Marsel"də oynamaq həm karyeramda, həm də həyatımda unudulmaz bir təcrübə olaraq qalacaq. Meydanda həmişə maksimum gücümlə çıxış etməyə, bu klubu hörmət və fədakarlıqla təmsil etməyə çalışdım. Buradan böyük duyğularla, dəyərli dərslərlə və sona qədər birliyini qoruyan bir geyim otağının xatirəsi ilə ayrılıram. Kluba, məşqçilər heyətinə, komanda yoldaşlarıma və bu mövsüm bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. "Marsel"ə gələcəkdə uğurlar arzulayıram", — deyə 30 yaşlı fransalı futbolçu qeyd edib.

Pavar 2025-ci ilin sentyabrından "Marsel"də çıxış edirdi və onun icarə müqaviləsi 2026-cı il iyunun 30-na qədər nəzərdə tutulub.

Müdafiəçi 2025/26 mövsümündə keçirdiyi 38 oyunda bir qol vurub və dörd məhsuldar ötürmə edib.

Pavarın "Inter" ilə müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.

Futbolçu daha əvvəl "Bavariya", "Ştuttqart" və "Lill" klublarında da çıxış edib.

"Transfermarkt" oyunçunun transfer dəyərini 15 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər