“Arsenal”ın ulduzu Premyer Liqada tarixi nailiyyətə imza atdı
Operativ Media
"Arsenal"ın hücumçusu Bukayo Saka İngiltərə çempionatının 37-ci turunun "Börnli" ilə ev oyununda (1:0) yarımmüdafiəçi Kay Havertsin vurduğu qələbə qolunun məhsuldar ötürməsini edib.
Operativ Media "Opta"ya istinadən xəbər verir ki, 24 yaş 255 günlüyündə olan ingiltərəli futbolçu Premyer Liqa tarixində 50-dən çox qol vuran və 50-dən çox məhsuldar ötürmə edən ikinci ən gənc oyunçu olub. O, bu göstəricidə yalnız Ueyn Runidən (24 yaş, 84 gün) geri qalır.
Saka 2019-cu ilin iyulundan "Arsenal"da çıxış edir. Onun klubla müqaviləsi 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulub.
Hücumçu 2025/26 mövsümündə keçirdiyi 48 oyunda 11 qol vurub və doqquz məhsuldar ötürmə ilə yadda qalıb.