Menyu

Karlo Ançelotti: Neymar dünya çempionatında Braziliya üçün vacib oyunçu olacaq

Operativ Media
Karlo Ançelotti: Neymar dünya çempionatında Braziliya üçün vacib oyunçu olacaq

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Santos"un hücumçusu Neymarın DÇ-2026-nın final mərhələsi üçün komandaya çağırılmasına münasibət bildirib.

Operativ Media xəbər verir ki, o, bu haqda millinin yekun heyətini açıqladığı mətbuat konfransında danışıb.

"Neymar dünya çempionatında bizim üçün vacib oyunçu olacaq. Biz bütün ili onun oyununu təhlil etməyə sərf etdik. Anladıq ki, o, son dövrdə sabitlik qazanıb və yaxşı fiziki formadadır. Heyətdən kənarda qalan Joao Pedro kimi futbolçulara görə təəssüflənirəm. Onların gələcəkdə şansları olacaq.

Bu 26 oyunçunu seçmək çox çətin idi, çünki bu ölkədə rəqabət olduqca yüksəkdir! Bu siyahı ilə bağlı jurnalistlərdən, ekspertlərdən, bloqerlərdən, müğənnilərdən, futbolçulardan və keçmiş oyunçulardan çoxlu məsləhətlər aldım. Dünyanın hər yerindən hamı mənə məsləhət verirdi. Hətta təyyarənin pilotu da heyətə kimi çağıracağımı soruşurdu.

Braziliyanın dünya çempionatını qazana biləcəyini deməkdən qorxmuram", — deyə italyan mütəxəssis bildirib.

Neymarın 34 yaşı var. O, 2026-cı il mövsümündə "Santos"un heyətində bütün turnirlərdə keçirdiyi 15 oyunda altı qol vurub və dörd məhsuldar ötürmə edib. Hücumçu millinin heyətində ümumilikdə 128 oyun keçirib, 79 qol vurub və 59 ötürmə ilə yadda qalıb. Təcrübəli forvard 2014, 2018 və 2022-ci illərdə dünya çempionatlarının final mərhələlərində çıxış edib.

Əlaqəli Xəbərlər