Menyu

Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi hazırlanır

Operativ Media
Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi hazırlanır

Xankəndi-Şuşa kanat yolunun gələn il istifadəyə verilməsi nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda WUF13 çərçivəsində “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.

"Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi hazırlanır. Bu kanat yolu Xankəndi şəhər mərkəzi ilə Şuşa şəhər mərkəzini birləşdiriləcək və hardasa ümumi səfər zamanı 12 dəqiqədən çox olmayacaq", - o bildirib.

Qeyd edək ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq.

Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək.

Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər