Menyu

Şuşada 27 abidə bərpa edilib

Operativ Media
Şuşada 27 abidə bərpa edilib

İndiyədək Şuşada 27 abidə bərpa edilib.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda WUF13 çərçivəsində “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.

"Şuşada 200-ə yaxın tarixi və mədəni abidə mövcuddur. Onların böyük əksəriyyəti işğal dövründə zərər görüb. 7 məscid, 6 bulaq, 7 mədəniyyət obyekti, Şuşa qalası və Xan qızı Natəvanın bağında yerləşən Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin məqbərə kompleksi, eləcə də Xanlıq Muxtar karvansarası bərpa olunub. Ümumilikdə indiyədək 27 abidə bərpa edilib", - o bildirib.

A. Kərimov qeyd edib ki, 2024-cü il may ayının 10-dan etibarən Şuşaya 1 411 nəfər (377 ailə) köçürülüb.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Əlaqəli Xəbərlər