Menyu

Romano: "Mançester Siti" Mareska ilə 3 illik müqavilə imzalayıb

Operativ Media
Romano: "Mançester Siti" Mareska ilə 3 illik müqavilə imzalayıb
1 dəq oxu

Enzo Mareska "Mançester Siti"nin baş məşqçisi təyin olunub.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Onun verdiyi məlumata əsasən, 46 yaşlı mütəxəssis "şəhərlilər"lə 3 illik müqavilə imzalayıb.

Daha əvvəl "Mançester Siti"nin yaxın vaxtlarda Xosep Qvardiolanın gedişi ilə bağlı bəyanat yayacağı bildirilirdi. 55 yaşlı ispan mütəxəssisin müqavilə müddəti 2027-ci ilin yayında başa çatır.

Mareskanın son iş yeri 2024-cü ilin iyulundan 2026-cı ilin yanvarına qədər rəhbərlik etdiyi "Çelsi" olub. Mütəxəssis London təmsilçisi ilə birlikdə Konfrans Liqasının və klublararası dünya çempionatının qalibi olub.

Əlaqəli Xəbərlər