Menyu

"Sabah" serb mütəxəssislə 3 illik müqavilə imzaladı

Operativ Media
"Sabah" serb mütəxəssislə 3 illik müqavilə imzaladı

“Sabah” Basketbol Klubu serb mütəxəssis Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

1992-ci il təvəllüdlü Lazar Spasiç məşqçilik karyerasına 2013-cü ildə Serbiyanın “Mladost Zemun” klubunda köməkçi məşqçi kimi başlayıb. 2016-cı ildən baş məşqçi kimi çalışan Spasiç “Rtanj”, “Zdravlje Leskovac” və “Vrşac” komandalarına rəhbərlik edib.

Mütəxəssis 2024/2025 mövsümündə “Vrşac” klubu ilə Serbiya Basketbol Liqasının qalibi olub və komandanın son illərdəki ən uğurlu nəticələrindən birinə imza atıb. O, karyerası ərzində gənc basketbolçuların inkişafına verdiyi önəm, nizam-intizamlı oyun sistemi və müasir basketbol yanaşması ilə seçilib.

Lazar Spasiç son olaraq Almaniya Bundesliqasının təmsilçisi “EWE Baskets Oldenburg” klubunda baş məşqçi işləyib.

Spasiçin məşqçilər korpusuna Anatoliy Boisa (köməkçi məşqçi), Saşa Miliçeviç (köməkçi məşqçi) və Vlade Draskoviç (fiziki hazırlıq üzrə məşqçi) daxil olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər