Maurusio Sarri "Napoli"də Antonio Konteni əvəzləyə bilər
“Napoli”nin baş məşqçisi Antonio Konte Neapol klubu ilə müqaviləsinə vaxtından əvvəl xitam verməyə yaxındır.
Operativ Media xəbər verir ki, bu haqda insayder Canluka Di Marsio məlumat yayıb.
Mənbə bildirib ki, yaxın vaxtlarda tərəflərin müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edəcəyi gözlənilir. Kontenin yenidən İtaliya millisinin sükanı arxasına keçəcəyi ehtimal olunur.
Konteni əvəzləməyə ən əsas namizəd isə 2015–2018-ci illərdə də “Napoli”ni çalışdırmış “Latsio”nun hazırkı baş məşqçisi Maurisio Sarridir. Tərəflər artıq əlaqə saxlayıblar və “Napoli” rəhbərliyi Sarrinin Neapola qayıdacağına əmindir.
Qeyd edək ki, Konte 2024-cü ildə “Napoli”nin başına keçib və elə ilk mövsümdəcə komanda ilə İtaliya çempionu olub. Lakin bu mövsüm neapollular çempionluq titulunu qoruya bilməyiblər və Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqdan məhrum olublar.