Qvardiola "Mançester Siti"nin futbolçularına gediş qərarını açıqlayıb
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola cari mövsümün (2025/2026) sonunda komandadan ayrılacağını futbolçularına bildirib.
Operativ Media xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Mənbənin verdiyi xəbərə görə, "şəhərlilər" 55 yaşlı ispaniyalı mütəxəssislə yolların ayrılacağını mayın 24-də rəsmən təsdiqləyəcək. Mayın 25-nə planlaşdırılan İngiltərə Kubokundakı qələbə paradında azarkeşlər Qvardiola ilə vidalaşmaq imkanı qazanacaqlar.
İspaniyalı çalışdırıcı «Mançester Siti»yə 2016-cı ildə baş məşqçi təyin olunub. Onun rəhbərlik etdiyi 10 il ərzində "şəhərlilər" 20 trofey qazanıblar. Bu uğurlar arasında bir Çempionlar Liqası və altı Premyer Liqa çempionluğu var.
Mayın 19-da məlum olub ki, "Mançester Siti"də Qvardiolanı "Çelsi"nin sabiq baş məşqçisi, italyan mütəxəssis Entso Mareska əvəzləyəcək.