"Liverpul" 2026/27 mövsümü üçün ev forması dəstini təqdim edib.
Operativ Media xəbər verir ki, yeni geyim dəsti komandanın 18-ci dəfə İngiltərə çempionu olduğu 1990-cı ilin hadisələrinə istinad edir.
Yeni formanın müəllifləri "Adidas"ın tanınan, dinamik həndəsi naxışlı orijinal dizaynından ilhamlanıblar. Köynəyin tünd qırmızı rəngi bütün səthi boyu uzanan və 1980-ci illərin sonundakı orijinal formanın vizual estetikasına müraciət edən aktual qrafik printlə tamamlanıb.
2026/27 mövsümünün ev oyunları dəstini qırmızı rəngli şort və getrlər tamamlayır.
37-ci turdan sonra "Liverpul" 59 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. "Qırmızılar" dördüncü sırada yer alan "Aston Villa"dan 3 xal geri qalırlar.