Menyu

“Nyukasl” “Sent-Ceyms Park”ın gələcəyi üçün mühüm addım atdı

Operativ Media
“Nyukasl” “Sent-Ceyms Park”ın gələcəyi üçün mühüm addım atdı

"Nyukasl" "Sent-Ceyms Park" stadionunun yaxınlığında yerləşən "Leazes Terrace" binasının böyük hissəsini satın alıb.

Operativ Media xəbər verir ki, bu haqda "The Sun" nəşri məlumat yayıb.

Mənbə bildirir ki, bu razılaşma klubun yeni stadion layihəsində mühüm dönüş nöqtəsi ola bilər. "Sağsağanlar"ın rəhbərliyi hazırda 52 264 nəfərlik mövcud arenalarını genişləndirmək və ya tamamilə yeni bir stadion tikmək barədə düşünür.

Klubun "Leazes Terrace" ilə bağlı bəyanatında deyilir: "Memarlıq abidəsi" statusuna malik bu tikilinin böyük əksəriyyətinin, o cümlədən şimal, cənub və qərb fasadlarının — stadiona baxan bütün sahələrin alınması başa çatıb. Bura həmçinin binanın şərq fasadının da böyük hissəsi daxildir; tikilinin həmin hissəsində yalnız kiçik bir özəl yaşayış bloku qalmaqdadır".

Əlaqəli Xəbərlər