Türkiyədə 16 yaşlı futbolçu yol-nəqliyyat hadisəsi nəticəsində ölüb
Türkiyənin "Ankara Keçiörəngücü" klubunun gənclər komandasının 16 yaşlı oyunçusu Abdullah Sultanoğlu qəza nəticəsində vəfat edib.
Operativ Media xəbər verir ki, mayın 16-da idarəetməni itirərək motosiklet qəzasına uğrayan futbolçuya hadisə yerində ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. "Gənclərbirliyi", "Ankaragücü" və digər Türkiyə futbol klubları Sultanoğlunun faciəvi ölümü ilə bağlı başsağlığı veriblər.
"Keçiörəngücü" Türkiyənin ikinci güclü futbol divizionunda çıxış edir. Ötən mövsümün nəticələrinə görə 7-ci pillədə qərarlaşan komanda Superliqaya vəsiqə qazanmaq üçün pley-off mərhələsində mübarizə aparıb. Pley-offun dörddəbir finalında "Çorum" klubuna məğlub olan (0:1) "Keçiörəngücü" 2025/2026 mövsümünü A2 Liqasında keçirəcək.