Menyu

Antonio Konte "Napoli"ni İtaliya millisinə dəyişir

Operativ Media
Antonio Konte "Napoli"ni İtaliya millisinə dəyişir

"Napoli"nin baş məşqçisi Antonio Konte cari mövsümün sonunda İtaliya klubunu tərk edəcək.

Operativ Media xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.

Verilən məlumata görə, təcrübəli mütəxəssis ayrılıq qərarını artıq bir ay əvvəl qəbul edib və bu barədə klub prezidenti Aurelio De Laurentiisə məlumat verib. Tərəflər arasında yaranan vəziyyət tam xəttə qoyulub.

Müqavilənin vaxtından əvvəl xitam verilməsinə baxmayaraq, Konte klubdan hər hansı bir təzminat tələb etməyib və ayrılıq qarşılıqlı razılıq əsasında baş tutacaq. İtaliyalı mütəxəssisin hələlik heç bir klubla gələcək əməkdaşlıq barədə rəsmi razılığa gəlmədiyi bildirilir. Karyerasında yeni bir səhifə açmaq istəyən Kontenin prezident De Laurentiis ilə münasibətlərinin müsbət qaldığı vurğulanır.

"Napoli"yə "A" Seriyasının çempionluğunu və İtaliya Superkubokunu qazandıran 56 yaşlı mütəxəssis, komandaya böyük uğurlar bəxş etdikdən sonra vidalaşır. İnsayderin qeyd etdiyinə görə, Antonio Konte hazırda İtaliya milli komandasının baş məşqçisi postuna ən güclü namizədlərdən biri hesab olunur.

Əlaqəli Xəbərlər