Rodri "Real Madrid"ə transfer olmaq istəyir
Operativ Media
"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri yay transfer pəncərəsində karyerasını "Real"da davam etdirə bilər.
Operativ Media "Marca" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı ispaniyalı futbolçu, baş məşqçi Xosep Qvardiolanın yayda "Siti"dən ayrılacağı bəlli olduqdan sonra Madrid klubuna keçməkdə şəxsən maraqlıdır. Oyunçunun hazırkı müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı futbolçunun dəyərini 65 milyon avro qiymətləndirir.
Rodri bu mövsüm bütün turnirlərdə ümumilikdə 33 oyuna çıxıb və 2 qol vurub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net