Menyu

"Bornmut" 127 ildən sonra ilk dəfə Avrokuboklara vəsiqə qazanıb

Operativ Media
"Bornmut" 127 ildən sonra ilk dəfə Avrokuboklara vəsiqə qazanıb

"Bornmut" İngiltərə çempionatının 37-ci turunda "Mançester Siti" ilə heç-heçə etdikdən sonra (1:1) mövsümün yekunlarına əsasən avrokuboklara vəsiqəni təmin edib.

Operativ Media xəbər verir ki, 1899-cu ildə yaradılan klub tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək.

"Bu futbol klubunun tarixində növbəti inanılmaz səhifə yazıldı. Gələn mövsüm 127 illik tariximizdə ilk dəfə avrokuboklarda mübarizə aparacağıq. Qarşıda son addımı atmaq və məhz hansı turnirdə çıxış edəcəyimizi öyrənmək üçün bazar günü gözləyir", — deyə klubun "X" sosial şəbəkəsindəki bəyanatında bildirilir.

Çempionatın başa çatmasına bir tur qalmış "Bornmut" 56 xalla Premyer Liqanın turnir cədvəlində Avropa Liqasına vəsiqə verən 6-cı pillədə qərarlaşıb. 5-ci yerdə olan "Liverpul"un isə 59 xalı var. Beşinci yer Çempionlar Liqasında oynamaq hüququ verir.

Əlaqəli Xəbərlər