Menyu

İspaniya millisinin üzvü əməliyyat olundu

Operativ Media
İspaniya millisinin üzvü əməliyyat olundu
1 dəq oxu

"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes əməliyyat olunub və dünya çempionatında iştirak etməyəcək.

Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Yarımmüdafiəçi mayın 17-də, İspaniya çempionatının 37-ci turunda "Betis"lə keçirilən oyunda (3:1) sağ ayağının beşinci daraq sümüyünün sınığı xəsarətini alıb. O, İspaniya millisinin DÇ-2026 üçün genişləndirilmiş heyətinə daxil edilmişdi.

Turnir iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək. İspaniya H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla qarşılaşacaq.

23 yaşlı Lopes 2023-cü ilin iyulundan "Barselona"da çıxış edir. O, klubun heyətində iki dəfə İspaniya çempionu olub (2025, 2026), ölkə kubokunu (2025) və Superkubokunu (2026) qazanıb. Yarımmüdafiəçi 2024-cü ildə İspaniya millisinin heyətində Olimpiya və Avropa çempionu adını qazanıb.

Əlaqəli Xəbərlər