FIFA "Ebola" təhlükəsi ilə bağlı DR Konqo millisinin durumunu nəzarətdə saxlayır
FIFA, Demokratik Konqo Respublikasının Futbol Federasiyası (FECOFA) ilə əlaqə saxlayır və "Ebola" virusunun yayılması fonunda komandanı təhlükəsizlik tövsiyələri barədə məlumatlandırır.
Operativ Media xəbər verir ki, bu barədə federasiyanın bəyanatına istinadən “Reuters” agentliyi xəbər verir.
“FIFA "Ebola" qızdırmasının yayılması ilə bağlı vəziyyətdən xəbərdardır və komandanın bütün təhlükəsizlik tövsiyələri barədə məlumatlandırılmasını təmin etmək üçün FECOFA ilə sıx təmasda olaraq prosesi izləyir. FIFA turnirin təhlükəsiz keçirilməsini təmin etmək məqsədilə dünya çempionatına ev sahibliyi edən hər üç ölkə, eləcə də ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) ilə əməkdaşlığı davam etdirir. Bütün iştirakçıların sağlamlığı FIFA-nın prioritetidir”, — deyə bəyanatda bildirilir.
Əvvəllər DR Konqo millisi mayın 17-nə planlaşdırılan Kinşasadakı təlim-məşq toplanışını ləğv edib. Komanda DÇ-2026-da Portuqaliya, Özbəkistan və Kolumbiya ilə birlikdə K qrupunda mübarizə aparacaq. Oyunlar ABŞ və Meksikada keçiriləcək.