"Çelsi" Kilyan Mbappeni transfer etmək istəyir
“Çelsi” “Real Madrid”in hücumçusu Kilyan Mbappenin transferində maraqlıdır.
Operativ Media xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, mayın 17-də London klubunun baş məşqçisi təyin olunan Madrid klubunun sabiq çalışdırıcısı Xabi Alonso fransalı forvardı komandasına cəlb etmək istəyir. Qeyd olunur ki, “Çelsi” rəhbərliyi artıq Mbappenin anası və eyni zamanda agenti olan Fayza Lamari ilə əlaqə saxlayıb.
27 yaşlı fransalının “Real Madrid” ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 200 milyon avro qiymətləndirir.
Mbappe 2025/2026 mövsümündə meydana çıxdığı 43 matçda 41 qol vurub və 7 məhsuldar ötürmə edib. Ümumilikdə isə o, “Real Madrid” heyətində keçirdiyi 102 oyunda 85 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.