Milli Paralimpiya Komitəsində medalçı paralimpiyaçılarla görüş keçirilib
Operativ Media
Mayın 19-da Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi parataekvondo üzrə Avropa çempionatında və paraüzgüçülük üzrə Dünya Seriyasında uğur qazanan idmançılarla görüş keçirib.
Operativ Media xəbər verir ki, Milli Paralimpiya Komitəsində baş tutan görüşdə Almaniyada keçirilən yarışlarda 2 gümüş medal qazanan parataekvondoçular İmaməddin Xəlilov və Sabir Zeynalov, eləcə də 1 gümüş və 1 bürünc medal əldə edən paraüzgüçü Əli Vəliyev və onların məşqçiləri iştirak ediblər.
Görüş zamanı idmançıların çıxışları və təcrübələri dinlənilib, milli komandaların gələcək uğurlarının davamlı olması üçün görüləcək işlər müzakirə olunub.
Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, İdman şöbəsinin müdiri Cavand Axundzadə və digər komitə rəsmiləri iştirak ediblər.