Menyu

Cüdo üzrə dünya çempionatına ilk qeydiyyatdan keçən ölkələr bəlli oldu

Operativ Media
Cüdo üzrə dünya çempionatına ilk qeydiyyatdan keçən ölkələr bəlli oldu
1 dəq oxu

Bu il Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün ilkin iştirak ərizəsi göndərən ilk ölkələr müəyyənləşib.

Operativ Media-nın Beynəlxalq Cüdo Federasiyasına istinadən məlumatına görə, bunlar Anqola, Qvineya və Toqo yığmalarıdır.

Afrika ölkələri ilkin iştirak ərizəsinə müvafiq olaraq 3, 5 və 2 idmançının adını daxil ediblər.

Xatırladaq ki, dünya çempionatı oktyabrın 4-11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq.

Əlaqəli Xəbərlər