Ana səhifə / İdman / "Qarabağ" "Dinamo"nun kolumbiyalısı ilə maraqlanır "Qarabağ" "Dinamo"nun kolumbiyalısı ilə maraqlanır 20.05.2026, 17:00 Operativ Media "Qarabağ"ın yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi daha bir futbolçu müəyyənləşib. Operativ Media "Transferfeed"ə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiyanın "Dinamo" komandasında çıxış edən Xuan Kordoba ilə maraqlanır.22 yaşlı kolumbiyalı oyunçu heyətə düşməkdə çətinlik çəkir. O, cari mövsümdə yalnız 1 matçda (22 dəqiqə) meydanda olub.Hücumçunun həmyerliləri Kevin Medina və Kamilo Duran hazırda "Qarabağ"da çıxış edir.Qeyd edək ki, Xuan Kordobanın "Dinamo" ilə 2028-ci ilin yayınadək müqaviləsi var
20.05.2026, 17:38 İKTA ilk dəfə mobil internet və regional göstəricilər üzrə median sürət təhlillərini təqdim edib