Menyu

Fuad Hüseynov: Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək əsas milli prioritetlərindən biridir

Operativ Media
Fuad Hüseynov: Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək əsas milli prioritetlərindən biridir

Böyük Qayıdış proqramı Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üzrə beş əsas milli prioritetindən biri elan olunub.

Operativ Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov WUF13 çərçivəsində “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, son 30 ildə dünyanın ən böyük məcburi köçkünlük hallarından biri Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi nəticəsində baş verib.

“10 milyon əhalisi olan ölkədə yüz minlərlə insan məcburi köçkünə çevrilmişdi. Münaqişə nəticəsində insanlar doğma torpaqlarından didərgin düşmüşdü. Azərbaycan dövləti ötən illər ərzində məcburi köçkünlər üçün 20-dən çox yeni və müasir yaşayış məntəqəsi salıb, 320 min nəfər yaxşılaşdırılmış mənzil şəraiti ilə təmin olunub. Lakin məcburi köçkünlük probleminin yeganə dayanıqlı həlli münaqişənin siyasi həlli və işğal altındakı ərazilərin azad olunması idi”, – deyə o vurğulayıb.

Komitə sədrinin müavini qeyd edib ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edib və məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətli qayıdışı üçün şərait yaradıb.

“Azərbaycan postmünaqişə inkişafının yeni mərhələsinə qədəm qoyub. Hökumət ilk dəfə olaraq azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə dövlət proqramını qəbul edib. Proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir və təxminən 700 min keçmiş məcburi köçkünün mərhələli şəkildə doğma torpaqlarına qayıdışı nəzərdə tutulur”.

Əlaqəli Xəbərlər