Menyu

I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?

Operativ Media
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?

"I Böyük Qayıdış Proqramı bu ilin sonuna qədər yekunlaşacaq”.

Operativ Media xəbər verir ki, bunu WUF13 çərçivəsində BMTM tərəfindən təşkil edilən urbisid və onun nəticələrinə dair panel sessiyasında Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, 2020-ci ildə azadlıqdan sonra görülən əsas işlərdən biri də Prezident İlham Əliyevin sərəncamı ilə 2022–2026-cı illəri əhatə edən Böyük Qayıdış Proqramının hazırlanması olub: “Beləliklə, bu ilin sonuna qədər ilk proqram artıq yekunlaşır və artıq 80 mindən çox insanın bu ərazilərdə yaşaması nəzərdə tutulur".

Əlaqəli Xəbərlər