Menyu

Azərbaycan və Pakistan nazirləri arasında görüş keçirilib

Operativ Media
Azərbaycan və Pakistan nazirləri arasında görüş keçirilib
1 dəq oxu

Pakistan İslam Respublikasının iqlim dəyişikliyi və ətraf mühitin əlaqələndirilməsi məsələləri üzrə federal naziri Musadik Masud Malik ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovla görüşüb.

ETSN-dən Operativ Media-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq imkanları və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycanın 5 iyun 2026-cı il tarixində Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb, tədbirə hazırlıq prosesi müzakirə edilib.

Fotogalereya

Əlaqəli Xəbərlər