Menyu

AFFA "Sabah" və "Neftçi"ni cərimələdi

Operativ Media
AFFA "Sabah" və "Neftçi"ni cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Operativ Media xəbər verir ki, iclasda Misli Premyer Liqasının 32-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Şamaxı” – “Turan Tovuz” matçında qonaqların 5 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat cərimə edilib.

“Sabah” – “Neftçi” görüşünün 85-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Coy-Lens Mikels təcavüzkar davranışa (rəqibə topu aqressiv şəkildə atdığına) görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla, 2 oyunluq cəzalandırılıb. “Sabah” 3000 manat cərimə edilib. 6 ay sınaq müddəti təyin edilib.

“Sabah” – “Neftçi” matçının 85-ci dəqiqəsində qonaqların futbolçusu Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. “Neftçi” 500 manat cərimə edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər