Menyu

Bakıdan Tbilisiyə gedəcək qatarın - FOTOLARI

Operativ Media
Bakıdan Tbilisiyə gedəcək qatarın - FOTOLARI

Bakı–Tbilisi–Bakı reysləri “Stadler” markalı müasir yataq tipli vaqonlarla həyata keçiriləcək.

Operativ Media xəbər verir ki, bunu ADY-nin sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov “APA Economics”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, yeni nəsil qatarlar sərnişinlərə daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edəcək.

Azər Fərəcov qeyd edib ki, əvvəlki dövrdə istifadə olunan “plaskart” tipli vaqonlar yeni qatarların tərkibində yer almayacaq.

“Yeni model daha çox komfortlu gecə səfəri konsepsiyasına əsaslanır,” – deyə o vurğulayıb.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər