Menyu

İngiltərə klubları yunan futbolçu ilə maraqlanır

Operativ Media
İngiltərə klubları yunan futbolçu ilə maraqlanır

"Arsenal", "Çelsi" və "Mançester Yunayted" "Brügge"nin hücumçusu Xristos Tzolisin transferinə marağı artırıblar.

Operativ Media xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 24 yaşlı yunanıstanlı futbolçu son aylarda İngiltərə Premyer Liqası klublarının diqqət mərkəzindədir. Onlar hücumçunu yaxından izləmək üçün öz nümayəndələrini göndəriblər.

Tzolis 2024-cü ilin iyulundan "Brügge"də çıxış edir. Onun müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Sözləşmənin müddəti 2025-ci ilin iyulunda uzadılıb.

Hücumçu 2025/2026 mövsümündə keçirdiyi 50 oyunda 20 qol vurub və 27 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 30 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər