Menyu

"Yuventus"un müdafiəçisi karyerasını İngiltərədə davam etdirə bilər

Operativ Media
"Yuventus"un müdafiəçisi karyerasını İngiltərədə davam etdirə bilər

"Mançester Yunayted" və "Liverpul" "Yuventus"un müdafiəçisi Bremerlə müqavilə imzalamaq niyyətindədirlər.

Operativ Media xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 29 yaşlı braziliyalı futbolçu "Yuventus" 2026/2027 mövsümü üçün Çempionlar Liqasına vəsiqə qazana bilməsə, başqa komandaya keçmək variantını nəzərdən keçirməyə hazırdır. Eyni zamanda, "Yuventus"un transfer üçün tələb etdiyi 70 milyon avroluq məbləğ aşağı düşüb.

Bremer 2022-ci ilin iyulundan "Yuventus"da çıxış edir. Onun müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Sözləşmənin müddəti 2024-cü ilin avqustunda uzadılıb.

Müdafiəçi 2025/2026 mövsümündə İtaliya klubunun heyətində keçirdiyi 31 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 35 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər