"Qarabağ" qambiyalı forvard transfer edir
Operativ Media
"Qarabağ"ın ötən gün anonsunu paylaşdığı transferin kimliyi məlum olub.
Operativ Media Africasoccer.com-a istinadən xəbər verir ki, söhbət hücumçu Zakariya Savodan gedir. 26 yaşlı qambiyalı forvard sabah Bakıya gələcək. Ağdam təmsilçisi bu mövsümün ikinci yarısını icarə əsasında Kiprin AEL klubunda keçirən Savonun transferi ilə bağlı İsveçin "Yurqorden" klubu ilə artıq razılıq əldə edib.
İsveç vətəndaşlığı da olan Savonun özü də "Qarabağ"ın heyətinə keçməyə istəkli olduğunu bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net