Menyu

Con Duran Kolumbiya millisinin məşqinə buraxılmayıb

Operativ Media
Con Duran Kolumbiya millisinin məşqinə buraxılmayıb

Kolumbiya milli komandasının baş məşqçisi Nestor Lorenso "Zenit"in hücumçusu Con Duranı komandanın məşqlərinə buraxmayıb.

Operativ Media xəbər verir ki, bu haqda "Infobae" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 22 yaşlı futbolçu hazırda Kolumbiyadadır. O, daha əvvəl DÇ-2026-nın final mərhələsində iştirak etmək üçün milli komandanın ilkin heyətinə daxil edilsə də, onun yekun heyətdə yer alması demək olar ki, qeyri-mümkündür.

Bundan əvvəl Lorenso 55 nəfərlik ilkin heyəti açıqladığı mətbuat konfransında hücumçunun hazırkı vəziyyəti barədə danışmışdı. Baş məşqçi "Zenit"in oyunçuya getmək üçün icazə verməsinə təəccübləndiyini bildirmiş və Kolumbiya Futbol Federasiyasından hər hansı bir köməyə ehtiyacı olub-olmadığını öyrənmək üçün onunla əlaqə saxlayacağını demişdi.

Duran Kolumbiya millisində debütünü 2022-ci ilin sentyabrında edib. Hücumçu milli komandanın heyətində keçirdiyi ümumilikdə 17 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Forvard "Zenit"ə "Əl-Nəsr"dən icarə əsasında keçib. İcarə müqaviləsinin müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, Rusiya klubunun heyətində çıxış etdiyi 9 matçda 2 qola imza atıb.

Kolumbiya millisi DÇ-2026-nın qrup mərhələsində Portuqaliya, DR Konqo və Özbəkistanla birlikdə K qrupunda mübarizə aparacaq.

Əlaqəli Xəbərlər