Menyu

FIFA “Sabah”ı təbrik etdi

Operativ Media
FIFA “Sabah”ı təbrik etdi

FIFA-nın prezidenti Gianni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubla “Sabah” Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün qalibi olması münasibətilə təbrik edib.

Operativ Media Məktubun məzmununu diqqətinizə çatdırır:

Prezident

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

 

Sürix. 20 may 2026-cı il

 

“Sabah” FK-ya təbrik

 

Hörmətli prezident,

Bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Sabah” FK-nı təbrik etməkdən məmnunam!

Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.

"Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm.

Hörmətlə,

Gianni İnfantino".

Əlaqəli Xəbərlər