Menyu

"Barselona" "Tottenhem"in müdafiəçisi Romero ilə maraqlanır

Operativ Media
"Barselona" "Tottenhem"in müdafiəçisi Romero ilə maraqlanır

"Barselona" "Tottenhem"in müdafiəçisi Kristian Romeronun transferi ilə bağlı danışıqlara başlamaq niyyətindədir.

Operativ Media xəbər verir ki, bu haqda sport.es nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, La Liqa çempionları "Tottenhem"in 2025/26 mövsümündə Premyer Liqada qalmaq uğrunda mübarizə aparması fonunda Argentina millisinin 28 yaşlı oyunçusunun ətrafındakı vəziyyəti yaxından izləyir. Lakin Kataloniya klubu İngiltərə təmsilçisinin tələb etdiyi 60 milyon avronu ödəmək istəmir.

Romero 2022-ci ilin avqust ayından "Tottenhem"də çıxış edir və onun müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Sözləşmə sonuncu dəfə 2025-ci ilin avqustunda yenilənib.

Müdafiəçi 2025/26 mövsümündə keçirdiyi 32 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər