Menyu

Yaşıllıqların mühafizəsi ilə bağlı qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir

Operativ Media
Yaşıllıqların mühafizəsi ilə bağlı qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir

Azərbaycanda yaşıllıqların mühafizəsi ilə bağlı qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir.

Operativ Media xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilməsi nəzərdə tutulub.

Məcəlləyə təklif olunan yeni maddəyə görə, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 3 000 manat miqdarında, hüquqi şəxslər 5 000 manat miqdarında cərimə ediləcək.

Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin mayın 26-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Əlaqəli Xəbərlər