İngiltərə millisinin DÇ-2026 üçün heyəti açıqlandı
İngiltərə millisi 2026-cı il dünya çempionatı üçün yekun heyətini açıqlayıb.
Operativ Media xəbər verir ki, 26 futbolçudan ibarət siyahıya Madrid "Real"ının müdafiəçisi Trent Aleksander-Arnold, "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer, "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr və "Mançester Siti"nin hücumçusu Fil Foden daxil edilməyib.
Qapıçılar: Cordan Pikford ("Everton"), Din Henderson ("Kristal Pelas"), Ceyms Trafford ("Mançester Siti");
Müdafiəçilər: Ris Ceyms ("Çelsi"), Tino Livramento ("Nyu-kasl"), Mark Qehi, Con Stounz, Niko O'Rayli (hamısı – "Mançester Siti"), Ezri Konsa ("Aston Villa"), Carell Kuansa ("Bayyer Leverkuzen", Almaniya), Den Bern ("Nyu-kasl"), Ced Spens ("Tottenhem");
Yarımmüdafiəçilər: Deklan Rays, Bukayo Saka, Noni Madueke, Ebereçi Eze (hamısı – "Arsenal"), Elliot Anderson ("Nottingem Forest"), Cud Bellinqem ("Real", İspaniya), Cordan Henderson ("Brentford"), Morqan Rocers ("Aston Villa"), Kobbi Maynu ("Mançester Yunayted");
Hücumçular: Harri Keyn ("Bavariya", Almaniya), Ayven Toni ("Əl-Əhli", Səudiyyə Ərəbistanı), Olli Uotkins ("Aston Villa"), Markus Reşford ("Barselona", İspaniya), Entoni Qordon ("Nyu-kasl").
Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək Meksika, ABŞ və Kanadada keçiriləcək. İngiltərə yığması qrup mərhələsində Panama, Qana və Xorvatiya ilə qarşılaşacaq.