Bakı–Tbilisi–Bakı qatarında pulsuz baqaj qaydaları açıqlanıb
Operativ Media
Bakı-Tbilisi-Bakı sərnişin qatarında Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq.
Operativ Media bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. Məlumata görə, kiçik əl yükü üçün də ödəniş tələb olunmur. "Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər", - deyə məlumatda qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net