10 mayda keçirilən sınaq imtahanının nəticələri elan olunub
Operativ Media
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə 2026-cı il mayın 10-da keçirilən sınaq imtahanının nəticələri elan edilib.
DİM-dən Operativ Media-ya verilən xəbərə görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.