Acun Ilıcalının “Hall Siti”si 9 ildən sonra Premyer Liqaya qayıtdı
Operativ Media
İngiltərə Çempionşipinin pley-off finalında "Hall Siti" və "Midlsbro" komandaları "Uembli" stadionunda üz-üzə gəlib.
Operativ Media xəbər verir ki, türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" rəqibinə 1:0 hesabı ilə qalib gələrək 9 ildən sonra yenidən Premyer Liqaya yüksələn sonuncu komanda olub.
"Hall Siti"yə qələbə qazandıran qolu 90+5-ci dəqiqədə Oli Makbörni vurub.
Çempionşipdə daha əvvəl ilk iki pilləni tutan "Koventri Siti" və "İpsviç Taun" komandaları birbaşa Premyer Liqaya vəsiqə qazanmışdılar.